21 Aprel 2024 / 05:29

TANINMIŞ RİYAZİYYATÇI ALİM ƏKBƏR ƏLİYEV DÜNYASINI DƏYİŞİB

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, AMEA Riyaziyyat ve Mexanika Institutunun “Diferensial tənliklər” şöbəsinin müdiri,
fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də vəfat etmişdir. Bu barədə “Təzadlar”a alimin oğlu Aqil Əliyev məlumat verdi. Alim uzun müddət imiş ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!