30 Oktyabr 2025 / 11:13

Qubada tanınmış yəhudi əsilli Azərbaycan şairi Simax Şeydanın xatirəsi qeyd edilir

Bu dəqiqələrdə  Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində Azərbaycanda çox sevilən yəhudi əsilli şair- dramaturq Simax Şeydanın yaradıcılığına və xatirəsinə həsr olunmuş tədbir keçirilir. Tədbirdə şairin bacısı Zibeydə Yuşvayeva, eləcə də şairin yaxın dostları, Qubadan olan yaradıcı insanlar iştirak edirlər.

Tədbirdə eləcə də Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, həmçinin Qırmızı Qəsəbə nümayəndiliyinin rəhbərliyi iştirak edirlər.

Tədbirdə Simax Şeyda yaradıcılığından bəhs edən nümunələr səsləndiriləcək, həmçinin şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdiriləcək.

Tədbirdə mərhum şairin yaxın dostu olmuş tanınmış yazıçı Altay Məmmədovun oğlu, tədqiqatçı Elcan Məmmədov,  “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, qəzetin şöbə müdiri Elçin Məmmədli də iştirak edir.

Tədbiri açıq elan edən Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Saməddin Nəsirov qonaqları salamladı və sonra vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad etdildi.

Tədbir Şimax Şeyda haqqında xatirələrlə davam edir.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!