Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 10:44

Tarixçi alim Zakir Fərəcovun Sumqayıtda sakinləri xəstə salan qum-çınqıl bazarından yazdı-DƏHŞƏT

Bəllidir ki, toz-torpağı yaşayış məskəninə daxil ola bilən tikinti materialları xüsusi nəzarətdə olmalıdır. Yəni, küləkli yarımadamızda xüsusən də qum-çınqıl bazarları küləyin əks itiqamətli hissəsində, yaşayış məskənlərindən tamamilə uzaq məsafədə fəaliyyət göstərməlidir. Məsələn, bildiyimiz qədər, Xəzər rayonunun Türkan qəsəbəsindəki daş karxanalarına görə, qəsəbənin bir hissəsində toza görə ağac bitmir, bitən quruyur… Və tezadlar.az-a daxil olan şikayətlərdən də bəlli olur ki, sakinlərin bir çoxu daş karxanasının tozuna görə evini satıb, yaxud başqa yerə dəyişib.

Bu dəfə belə bir şikayət Sumqayıtdandır. Tarix elmləri doktoru Yasəmən Qaraqoyunlu Sumqayıtda yaşanan oxşar haldan yazıb. Sitat: “Bu qum-sement dükanı Zakir Fərəcovundur. Yaşayış mərkəzinin düz ürəyində, mərkəzində tikinti mağazasi açiblar. Külək bu qumu, torpağı sovurub evlərə, gözlərə doldurur. Tam bir ekoloji fəlakət. Dövlət qurumlarına deyin ki, yaşayiş mərkəzlərində park salinar, ağac əkilər, qum, sement alış- veriş mərkəzi salib insanlarin həyatını cəhənnəmə çevirməzlər. Belə satış mağazaları şəhərdən kənarda xidmət göstərər, şəhərin içində, mərkəzində yox…”.

Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya İdarəsi belə məsələlərə həmişə həssas yanaşıb. Bəs bu dəfə nə baş verir? İnanaq ki, problem tezliklə həllini tapar.

SƏBUHİ

n

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!