Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Adətkarlıq pis şeydir… Budur, Rusiyanın TASS agentliyi yenidən iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş etməli oldu. Tezadlar.az elə TASSın özünə istinadla bildirir ki, yeni sərlövhədə “Dağlıq Qarabağ” ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib. Xəbərin içində şəhərin coğrafi “Xankəndi” adı saxlanılsa da 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə Xankəndinin adı “Stepanakert” kimi verilib. Hansı ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı… Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yaymışdı.
Bu da TASS-ın informasiya pası… Daha doğrusu, pas tutmuş gözlər və qulaqlar təmizlənməlidir ki, dünyada baş verənlər olduğu kimi görünsün…
A.Məmmədli