28 Yanvar 2024 / 18:01

TBİLİSİDƏ ERMƏNİLƏRİN AKSİYASINA RƏDD CAVABI VERİLDİ

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.

Tezadlar.az 24News.ge- yə istinadla bildirir ki, təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması toplaşmayıb. Nəticədə nümayəndəliyin qarşısına yalnız 10-15 nəfərdən ibarət təşkilatçılar toplanıb.

Onu da deyək ki, bu gün “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa ittifaqının Tbilisi ofisinin önündə “Ayrı-seçkiliyə və ikilli standartlara son!” tələbi ilə aksiya keçirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!