Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə keçirilən etiraz yürüşü zamanı Melikişvili prospektində aksiya iştirakçıları ilə rusdilli şəxslər arasında qarşıdurma qeydə alınıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, yoldan keçən və rus dilində danışan şəxslər yürüşün səbəbini soruşublar. Aksiya iştirakçıları cavab verdikdən sonra həmin şəxslər onlara qarşı təhqiramiz ifadələr işlədiblər. Bu hal sözlü və fiziki qarşıdurmaya səbəb olub. Hadisə yerinə dərhal polis müdaxilə edib və vəziyyəti nəzarət altına alıb. Qarşıdurma qısa müddətdə aradan qaldırılıb, yürüş iştirakçıları isə parlament istiqamətində hərəkətlərini davam etdiriblər.