Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın Gürcüstandakı səfirliyi 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Tbilisidə təntənəli konsert proqramı təşkil edəcək. Tezadlar.az xəbər verir ki, tədbir 6 noyabr saat 17:30-da Tbilisi şəhərində yerləşən Şota Rustaveli adına Dövlət Teatrında baş tutacaq. Səfirlikdən verilən məlumata görə, tədbirin məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəni, qəhrəman şəhidlərin xatirəsini anmaq, eləcə də Gürcüstanda yaşayan azərbaycanlı icma nümayəndələri arasında həmrəyliyi gücləndirməkdir. Qeyd edək ki, “Zəfər Günü” 8 noyabrda Azərbaycanın ərazi bütövlüyünün bərpası və Şuşa şəhərinin işğaldan azad edilməsinin ildönümü münasibətilə qeyd olunur.