Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 13:36

TƏBİB rəhbəri qohumunun Ucar xəstəxansında yoxa çıxan 80 minlik dava-dərman qalmaqalı

 …TƏBİB rəhbərliyi, necə deyərlər, fəaliyyəti ilə özü-özünə quyu qazdı və qurum faktiki arxivlikdir… Səhiyyədə üçlü idarəetmənin sonu belə də bitməli idi.

***

Beləliklə, «Təzadlar»a təqdim edilmiş aşağıdakı yazıda bölgə səhiyyəsinin problemlərindən biri diqqətə çatdırılır. Aşağıda təqdim olunur:

…TƏBİB rəhbərliyi ilə bağlı bir sıra iddialar ictimai müzakirəyə səbəb olub. İddialar əsasən müşavir təyinatı və TƏBİB rəhbərinin qohumunun Ucar xəstəxansından 80000 manat dərman yoxa çıxarması ilə bağlıdır. Belə ki, bu ilin fevral ayında Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən ayrıldıqdan sonra bu səlahiyyətlər müvəqqəti olaraq Anar İsrafilova həvalə edilib. Daha sonra isə TƏBİB-də Zeynal Bayramlının müşavir vəzifəsinə təyin olunduğu bildirilir. Mənbələrin iddiasına görə, Zeynal Bayramlı ilə Anar İsrafilov arasında əvvəldən şəxsi və peşəkar münasibətlər mövcud olub. Bildirilir ki, onlar eyni dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əlavə ixtisas təhsili alıblar. Həmçinin Anar İsrafilov ana tərəfdən əslən Ucar rayonundandır. Zeynal Bayramlı Ucar rayonunda Xəstəxananın baş həkimi vəzifədə çalışarkən, Anar İsrafilovun qohumu- bibisi oğlu Qüdrət Qarayev xəstəxananın aptekinə rəhbər təyin edib. Bu təyinatı isə Ziya Məmmədovun qardaşı İldırırm Məmmədov Zeynal Bayramlıdan xahiş edib.

Zeynal Bayramlının müşavir təyin edilməsi isə sadəcə, kəmfürsətlikdir. Yəni, Zeynal Bayramlı isə məhz Anar İsrafilovun qohumunun səksən min manat dəyərində yeyintisindən olan şikayətləri ört-basdır etməsi üçün müşavir götürülüb. Dəyəri səksən min manat olan dərmanlar xəstələrə verilməyərək pərakəndə qaydada satılsa da, şikayətçilər demək olar ki sıradan çıxarılaraq susdurulublar. Rayonda hər kəs susmağa üstünlük verir. İş o yerə çatıb ki, cəmi bircə nəfər şikayətçi qalıb, onu da gecə-gündüz narahat edirlər ki, şikayətçi olma. Əgər bu məsələ tez vaxtda ölkə mediasında araşdırılmasa, təzə müşavir vasitəsi ilə son qalan şikayətçi də susdurulacaq. Beləcə, TƏBİB drektorunun qohumu məsuliyyətdən yayaınacaq, derektor Anar İsrafilovun isə reputasiyası risqdən qurtulacaq.

Hazırda isə Ucar Rayon Mərkəzi Xəstəxanasının aptekində əvvəlcə təxminən 30 min manat, daha sonra isə 80 min manat məbləğində dərman preparatlarının çatışmadığı barədə məlumatların hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra məsələ ilə bağlı materiallar hüquq-mühafizə orqanlarında araşdırılır və bu faktların ictimailəşməməsi üçün müxtəlif səviyyələrdə müdaxilə cəhdləri göstərilir. Şikayətçilər bildirirlər ki, keçmiş baş prokrorun köməkçisi Namiq Məmmədov vasitəsi ilə səksən min manat dəyərində vəsaitin ört- bas edilməsinə çalışılır. «Ucar Rayon Mərkəzi Xəstəxanasında maliyyə yoxlamasının aparılması ilə bağlı vətəndaşlar tərəfindən rəsmi müraciətlər olsa da, müstəqil yoxlama əvəzinə, araşdırmanın TƏBİB daxilində aparılmasına nail olan Anar İsrafilov Ucar xəstəxanasında qohumu Qüdrət Qarayevi və Ucar RMX Publik Hüquqi Şəxsin drektoru İlqar Mustafayevi Maliyyə Nazirliyinin yoxlamalarından ciddi cəhdlə qoruyur… Ucar xəstəxanasında yüz min manata qədər yeyintinin olmasına baxmayaraq məsələnin ilkin araşdırılması Ucar rayon prokrorluğunda səthi olaraq aparılaraq Baş Prokrorluğa təqdim edilib», -deyə şikayətçilər bildirirlər. Həmçinin Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Mustafayevin təhsil sənədləri ilə bağlı da maraqlı məqamlar var… Belə ki, İlqar Mustafayev Azərbaycan Beynəlxalq Universitetin müalicə işi fakultəsini bitirməsi haqqında diplomla hazırda drektor olaraq işləməkdədir. Lakin DİM-ə verilən sorğu hələki cavablandırılmayıb…

Qeyd olunan məlumatların təsdiqlənməsi üçün rəsmi qurumların mövqeyi vacibdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, TƏBİB, Səhiyyə Nazirliyi və  Maliyyə Nazirliyi Ucar Rayon Mərkəzi Xəstəxanasının aptekində dərman preparatlarının çatışmazlığı ilə bağlı hər hansı araşdırma aparırmı? Araşdırma varsa, hansı məbləğdə çatışmazlıq müəyyən edilib? Bu iş üzrə hər hansı cinayət işi və ya araşdırma materialı Baş Prokurorluqda və ya digər hüquq-mühafizə orqanlarında qeydə alınıbmı? Xəstəxanada maliyyə yoxlamasının aparılması ilə bağlı Maliyyə Nazirliyinə və ya digər qurumlara müraciət olunubmu? Yaxud, sual edilir ki, Zeynal Bayramlının müşavir vəzifəsinə təyin olunması hansı əsaslarla həyata keçirilib? Anar İsrafilov adı çəkilən Qüdrət Qarayevi bu günə qədər hansı əsaslarla işdə saxlayır? İlqar Mustafayevin istifadə etdiyi diplom və peşə fəaliyyəti ilə bağlı hər hansı rəsmi araşdırma aparılırmı?

Material dərc olunmazdan əvvəl adı çəkilən şəxslərlə əlaqə saxlanılmasına cəhd edilsə də, hələki bu mümkün olmamışdır.

Əlavə məlumat veriləcək və adı çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.

Vasif Abdullayev

QEYD: Ucar Rayon Mərkəzi Xəstəxanası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2015-ci il oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxananın açılışında iştirak edib. Xəstəxana üçün ayrılan 4,4 hektar torpaq sahəsinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!