1 Avqust 2025 / 11:01

TƏCİLİ: Rusiya-Gürcüstan sərhədi bağlanıb – ərazidəki əməkdaşlar təxliyə edildi

Fövqəladə Halların İdarəolunması Xidmətinə Devdorak ərazisində quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, qeyd olunan sistem çay məcrasında axının artımını qeydə alaraq təhlükə barədə xəbərdarlıq edir. Nazirliyin yaydığı məlumata görə, protokola uyğun olaraq “Dariali” sərhəd-keçid məntəqəsindən patrul polisi, gömrük xidməti, sərhəd polisi və həmin ərazidə çalışan özəl şirkət əməkdaşları təhlükəsiz zonaya təxliyə ediliblər. DİN-in bütün aidiyyəti bölmələri monitorinq məqsədilə hadisə yerindədir. Rəsmi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur. Həmçinin  qabaqlayıcı tədbir olaraq avtomobil yolu hər iki istiqamətdə bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Rusiya tərəfi isə hələki rəsmi açıqlama verməyib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!