Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2023 / 07:00

TEHRANDA AZƏRBAYCAN SƏFİRLİYİNƏ HÜCUM OLUB

Naməlum şəxslər Azərbaycanın Tehrandakı səfirliyinə hücum ediblər.

Bu barədə “Sputnik Azərbaycan” Telegram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, hücumun dəf edilməsi zamanı bir nəfər – səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Bundan əlavə, daha bir nəfər yaralanıb.

Azərbaycanın İrandakı səfirliyinə hücumda şübhəli bilinən şəxsin saxlanıldığı artıq məlumdur. “Azərbaycan tərəfi təcili araşdırma aparır”, – məlumatda deyilir.

Yanvarın əvvəlində İsrail prezidenti Yitzhak Hersoq Brüsseldə Avropa Parlamentinin üzvləri qarşısında çıxış edərək, Aİ ölkələrini İranın təcəssümü olan qaranlıq qüvvələrinə qarşı birləşməyə və birgə mübarizə aparmağa çağırıb. Hersoq Tehranı şər qüvvəsi hesab edir, çünki İran təkcə İsraili məhv etməyə çağırmır, həm də “azadlıq, insan və vətəndaş hüquqları istəyən öz vətəndaşlarını öldürür”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!