Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dostlar, məsləhət verin: iki ildən çoxdur “Telekom invest” provayderin internet xidmətlərindən istifadə edirik. İnsafən, heç vaxt ciddi problemimiz olmayıb. Amma bu gün qəribə hadisə baş verdi: vayfay və “setovoy” vasitəsilə verilən internetlə istənilən sayta, poçta və s. daxil ola bilirik, amma tezadlar.az saytına yox. Bu Ramiz Mehdiyev haqqlnda yayımladığımız yazıdan sonra baş verdi. Provayderin baş ofisindən dedilər ki, biz bloklamamışıq, hətta texnik də göndərdilər, gəlib baxdı, başı çıxmadı. Amma şübhələnirik ki, provayderin hansısa mütəxəssisi Ramiz Mehdiyevin təəssübkeşidir. Axı necə ola bilər ki, redaksiyaya daxil olan internetlə dünyanın hər yerinə daxil ola bilirik, özümüzdən başqa?! Bu başqa nə ola bilər? Digər profayderlərdən isə sayta rahat daxil ola bilirik. Məsləhət verin.
“Təzadlar”