Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 12:39

Prezident təqaüdçüsü Teymur Mustafayevin nəvəsinin müalicəsinə pul axtarılırsa…

Xalq artisti, musiqisevərlərin sevimlisi, Prezident Təqaüdçüsü, mərhum Teymur Mustafayevin nəvəsi ilə bağlı sosial mediada narahatedici məlumat paylaşılır. Jurnalist Nadir Yalçın özünün sosial platformasında yazır: “Bu, sosial çağırışdı. Xahiş edirəm, bir az həssas yanaşaq.
Xatırlayırsınızsa, Xalq artisti Teymur Mustafayevin oğlu çox faciəli şəkildə vəfat etmişdi. 2007-ci ildə Bakıxan Mustafayev maşının içində diri-diri yanmışdı. Rəhmətlik Teymur Mustafayev də dünyasını dəyişənədək onun balalarını saxladı, böyütdü. Teymur Mustafayev öləndən sonra həmin oğlunun oğlu, öz adını daşıdığı nəvəsi ağır yol qəzasına düşdü və iflic oldu, hərəkət qabiliyyətini itirdi. Hər gün bank kartının hesabını paylaşıb müalicəsi üçün pul istəyir. Mən imkanlı şəxslərdən və dövlət qurumlarından xahiş edirəm ki, cavan oğlanın müalicəsinə dəstək olsunlar. Çarəsizlik pis şeydi. Allah heç kimə göstərməsin. Teymur Mustafayev də bir dövrün sevilən sənətkarı olub. Ailənin bu çətin vəziyyətinə biganə qalmaq olmaz…”.
***
“Təzadlar” olaraq belə müraciətlər bizə də hərdən olur, yaxud mətbuatda rastımıza çıxır, acizanə kömək istəyirlər…  Məncə, kifayət qədər iqtisadi imkanları olan Azərbaycanda bədbəxt hadisələr zamanı, yaxud xidməti vəzifəsini yerinə yetirərkən bu hala düşən insanlar var ki, Dövlət onları himayəyə götürməlidir. Bunun üçün sui-istifadələr olmasın deyə, dövlət nəzarəti altında xüsusi Fond təsis olunmalı, xüsusi komissiya yaradılmalıdır. Çünki imkanlı şəxslər deyəndə, adətən sahibkarlar, iş adamları nəzərdə tutulur. Onları da necə gəldi bu cür yükləmək, üzə salmaq da olmaz. Təklif edərdim ki, məsələn, sürücülərin kütləvi cərimələnməsindən formalaşan vəsaitlərin (ötən il ümumi cərimələr 840 milyon manat olub) müəyyən faizi də bu cür Fondlara yönəldilsin. Ya da, AYNA-nın “hazır kökə…” tapan parklamalarından yığdığı pulların bir hissəsi bu Fonda ayrılsın…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!