Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəzi sərnişinlərə təyyarədə ayaqqabılarnı çıxarmaq qətiyyən olmaz. Təyyarədə səyahət vaxt qənaəti baxımından əlverişli olsa da, xüsusilə uzun uçuşlarda narahatlıq yarada bilər. Bəzən sərnişinlər ayaqlarını dincəltmək üçün ayaqqabılarını çıxarırlar.
Bu, etik baxımdan qəbulolunandır?
Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, etiket üzrə ekspert Codi R. R. Smitin dediyinə görə, yalnız bir halda təyyarədə ayaqqabı çıxarmaq olar – əgər uçuş 4 saatdan çox davam edirsə. Lakin bununla yanaşı, o xəbərdarlıq edir: ayaqqabını yalnız ayaqlarınızın heç bir qoxusu yoxdursa çıxarmaq olar.
“Əgər siz fövqəladə çıxış sırasındasınızsa, ayaqqabılarınız mütləq ayağınızda olmalıdır. Bu yerdə oturmaqla siz fövqəladə vəziyyətdə dərhal kömək etməyə məsuliyyət daşıyırsınız. Ayaqqabı axtarmaq, bağcığı açmaq və geyinmək üçün vaxt olmayacaq”. Amma ayaqqabını çıxarmağın başqa bir praktiki mənfi tərəfi də var. Təyyarə bələdçiləri xəbərdarlıq edirlər ki, təyyarənin döşəməsi o qədər də təmiz deyil.
Xüsusilə, tualetə ayaqqabısız getmək qətiyyən tövsiyə olunmur.
Bələdçi Daniyel bildirir:
“Orada gördüyünüz döşəmə suya bənzəyə bilər, amma inanın, bu su deyil. Nə demək istədiyimi anlayırsınız”. Əl yükünüzdə təyyarəyə buraxılmayan əşyalar da var.
Məsələn:
İdman alətləri (baqaja verilməlidir)
Bəzi dronlar
Qayçı və yumşaq pendir kimi əşyalar da təhlükəsizlik nəzarətindən keçməyə bilər.