13 Avqust 2023 / 12:47

“Təzadlar”a cavab verirlər…

-Bizə cavab verirlər-

Xatırladaq ki, «Təzadlar» qəzetinin 01 avqust 2023-cü il tarixli sayında dərc olunmuş «Qəbələdə sahibkarlığa qanunsuz müdaxilə» başlıqlı yazı  tədbir görülməsi üçün Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova göndərilmişdir. Aşağıda həmin yazıya cavab məktublarını təqdim edirik:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Baş İctimai Təhlükəsizlik İdarəsi 15.08.2023, №-3 /3-13/2-21312/2023

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə

Hörmətli Asif Mərzili!

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətiniz araşdırılıb müvafiq tədbilərin görülməsi üçün Qəbələ Rayon Polis Şöbəsinə göndərilmişdir.

Hörmətlə, Səbuhi Pənahov,

Rəis vəzifəsini müvəqqəti icra edən».

***

«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi 26.08.2023, №-5 /3-13-89/2-27808/2023
Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən “Təzadlar” qəzetinin Baş redaktoru Asif Mərziliyə

Hörmətli Asif Mərzili!

Sizin 03.08.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyiniz müraciətə Qəbələ Rayon Polis Şöbəsində baxılmışdır. Bildiririk ki, Bakı şəhəri, Pirallahı rayonunda qeydiyyatda olmaqla Qəbələ rayonu, Zarağan kəndində yaşayan İsmayılov Yasər Seyidməmməd oğlu 21.07.2023-cü il tarixdə Zarağan kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən yerdə qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq 80 manat məbləğində cərimə olunmuş, 24.07.2023-cü il tarixdə isə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində İXM-in 535.1-ci maddəsinə əsasən tərtib olunmuş protokol və toplanmış material aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarına əsasən Yasər İsmayılov 50 manat məbləğində cərimə edilmişdir. Yasər İsmayılovun qəzetinizə bildirdiyi fikirlər tamamilə əsassızdır və şər-böhtan xarakterlidir. Həmin şəxs barəsində tərtib olunmuş protokollara etiraz etmək və qanunsuz hərəkətlərinə haqq qazandırmaq məqsədilə polis orqanlarına qarşı qərəzli fikirlər bildirərək polisin nüfuzuna xələl gətirməyə çalışır.

Hörmətlə,        Fəxrəddin Abbasov, Qəbələ rayon Polis Şöbəsinin rəisi»

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!