21 İyul 2025 / 16:25

“Təzadlar”a Milli Mətbuat Günü təbrikləri davam edir…

“Təzadlar”a Milli Mətbuat Günü ilə bağlı daxil olan təbriklər davam edir… Bu təbriklər müxtəlif ünvanlardan, dövlət idarə və təşkilatlarındandır. Çoxsaylı olduğundan, onların hamısını ictimailəşdirə bilmirik. Lakin aşağıda təqdim etdiyimiz təbrik məktubunun müəllifi fəaliyyəti ilə daim diqqətimizdə olan, peşəkar təşkilatçı kimi daim üz ağardan dəyərli Lətifə xanım Məmmədovadır. Bəzən inana bilmirik xanım olaraq o, bu qədər məsuliyyətli işin öhdəsindən necə gəlir!

Beləliklə, oxucularımız üçün böyük hörmətə malik Lətifə xanım Məmmədovanın  Milli Mətbuatımızın 150 illiyi münasibətilə göndərdiyi təbrik məktubunu xüsusi istisnalarla təqdim edirik:

“AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ
BAKI ŞƏHƏR MƏDƏNİYYƏT BAŞ İDARƏSİ
YASAMAL RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

“Təzadlar” saytının təsisçisi və baş redaktoru cənab Asif Məmmədova
Hörmətli Asif müəllim!
Bütün varlığımız və səmimiyyətimizlə Sizi və rəhbərlik etdiyiniz kollektivi 150 illik
şərəfli yol keçmiş 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə ürəkdən təbrik
edirik! Sizinlə fəxr edirik! Nə xoşbəxt Sizə ki, Siz mətbuatımızın möhtəşəm 150 illik yubileyinin şahidi və
iştirakçısısınız. Mətbuatımızda Sizin əməyiniz danılmazdır. Siz milli mətbuatımızın bəzəyi, Vətənimizi böyük sevgi ilə sevən vətənpərvər ustad
jurnalistsiniz. Uca Tanrı Sizə sevdiyiniz peşəyə xidmət etmək üçün can sağlığı və yaradıcılıq ilhamı ilə dolu uzun illər yaşamağı nəsib etsin!
Xidmətləriniz millətimizin yaddaşında əbədi həkk olunaraq tarixdə daima qalacaq!
Keşməkeşli informasiya əsrində Siz milləti maarifləndirərək ona işıq verirsiniz. Özünüz işıq saçaraq qəlbləri nurla boyayırsınız.
Seçdiyiniz yolla uzun illər getməyi Allah Sizə nəsib etsin! Qəlbiniz daima gülsün!
Dərin hörmətlə,
Direktor
Lətifə Məmmədova”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!