Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib.
Onun iyunun 13-də uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə hakim təyin edilib. 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib. 2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub. 2008-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimidir.
Xatırladaq ki, hakim Əflatun Qasımov ötən ilin sentyabrında “Təzadlar”ın baş redaktoru Asif Mərzilinin MSK sədri Məzahir Pənahova qarşı şikayətini təmin etmədən seçki saxtakarlığının olmadığını təsdiqləmiş oldu… Hansı ki, 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa digər namizəd Bəxtiyar Əliyevin xeyrinə qutuya atılan bülletenlərin topasını əks etdirən videogörüntülər məhkəməyə təqdim olunmuşdu…
Elşad