9 Sentyabr 2025 / 18:27

Tibbi qurumlarda maliyyə yoxlamaları başladı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başlayıb.

Tezadlar.az xəbər verir ki, Maliyyə Nazirliyi məlumatı təsdiqləyib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri keçirir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!