Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu səhər də Bakının bir sıra yollarında tıxac vardır. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
13. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
14. Zərifə Əliyeva küçəsində;
15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
İşə gecikən, xəstəxanaya qaçan, məktəbə gedən, doğum evinə tələsən… sürücü və sərnişinlərə isə səbr arzulayırıq. Arzuladığımız olmasa da, yaşadığımız Bakıda yolların bizə yaşatdığı budur.
A.Məmmədli