29 Mart 2026 / 12:12

Tofiq Musayev UFC-dəki debüt qələbəsi barədə danışdı

Bu gecə ABŞ-nin Sietl şəhərində İqnasio Bahamondesi məğlub edən Tofiq Musayev UFC-də qazandığı ilk qələbəyə münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, 36 yaşlı idmançı sosial şəbəkə hesabında belə yazıb:

“Sənə inanmadıqları zaman sən əksini sübut edirsən”.

Xatırladaq ki, Musayev 3 raundun sonunda Çilidən olan rəqibi üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bu onun UFC-də keçirdiyi ikinci döyüşündə ilk qələbəsi olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!