2 Oktyabr 2025 / 15:28

Tovuz quşlarını yedi və məhkəmə qarşısına çıxarıldı

Florida sakini öz quşlarına amansızcasına rəftar etdiyi üçün qalmaqalın mərkəzindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Huff Post” məlumat yayıb.

Hudsondan olan 61 yaşlı kişi müstəntiqlərə iki tovuz quşunu öldürdüyünü, tavada qızarddığını və sonra da yediyini etiraf edib. İndi amerikalı heyvanlara qarşı qəddarlıq ittihamı ilə üzləşib. O, cinayət məsuliyyətinə cəlb oluna bilər.

Məhkəmə sənədlərinə görə, sahibi öz hərəkətini tovuz quşlarını bəsləyən “qonşuya dərs vermək” istəyi ilə izah edib. Daha sonra ona məktub yazaraq, dayanmasa davam edəcəyi ilə hədələyib. Təqaüdçü həbsi zamanı polisə də qışqırıb ki, azadlığa çıxandan sonra bütün quşlarını kəsəcək, heç kim ondan ala bilməsin.

Qalan tovuz quşlarının taleyi hələlik məlum deyil.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!