24 Sentyabr 2025 / 19:57

Toy mərasimi faciəyə çevrildi

Sentyabrın 24-də saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Tezadlar.az-a TƏBİB-dən məlumat verilib.

“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi uşaq şöbəsində, 1 kişinin müalicəsi poliklinika şöbəsində, digər 1 nəfər qadının müalicəsi isə yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda bildirilir

***

17:40

İmişli rayonunda kütləvi zəhərlənmə olub.

Tezadlar.az-ın məlumatına görə, 18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirilib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.

Məlumata görə, ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!