Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İran bir gecə ərzində tamamilə məhv edilə bilər”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı bəyan edib. Tramp deyib: “Bütün ölkə bir gecədə məhv edilə bilər və bu tarix sabah da ola bilər”.
Prezident bildirib ki, ABŞ Hörmüz boğazı üzərində nəzarətin qurulması və oradan keçid üçün ödənişin tətbiq edilməsi imkanını nəzərdən keçirir. Bu arada ABŞ-ın müdafiə naziri Pit Heqset çərşənbə axşamı ABŞ-ın İrana hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirəcəyini vəd edib. Sitat: “Bu gün ABŞ Prezidentinin göstərişi ilə Yaxın Şərqdə əməliyyat başlayandan bəri ən çox hava zərbəsi endiriləcək, sabah isə bu gündən də çox olacaq”.
Onun sözlərinə görə, ABŞ qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt istənilən yerə getməyə hazırdır. “Sonra isə İranın seçimi olacaq. Ağılla seçim edin, çünki Prezident (Tramp – red.) zarafat etmir. Biz dəqiq hərəkət edirik. Biz hava məkanına nəzarət edirik”.