30 Mart 2026 / 08:11

Tramp İranı sərt hədələdi: “Onlar bütün tələbləri yerinə yetirəcək və…”

Hörmüz və Fars körfəzlərində vəziyyət getdikcə daha da mürəkkəbləşir… Bu arada ABŞ prezidenti Donald Tramp hesab edir ki, İran Vaşinqtonun irəli sürdüyü bütün şərtlərlə razılaşacaq. O, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında belə deyib:  “Onlar nüvə silahlarından imtina edəcəklər. İstədiyimiz hər şeyi edəcəklər… Əks halda, onların ölkəsi olmayacaq”.

Tramp onu da deyib ki, Tehran artıq irəli sürülən tələblərin böyük hissəsini qəbul edib. “Onlar planımızın çox hissəsi ilə razılaşıblar. Biz onlardan 15 şərtin icrasımı  istəmişik… Düşünürəm ki, biz onlarla razılaşma əldə edəcəyik. Buna kifayət qədər əminəm”.

İran rəsmiləri isə hələki sülh və barış istəsə də, Trampın məlum şərtlərinin necə yerinə yetirilməsinin mümkün variantını konkretləşdirə bilmir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!