7 Aprel 2026 / 06:18

Tramp İranla razılaşmaya hazır olduğunu deyib

ABŞ prezidenti Donald Tramp İranla atəşkəs perspektivlərini müzakirə etməyəcəyini bildirib. Bununla belə, o, iki tərəf arasında əlaqələrin mövcudluğunu etiraf edib.

“Atəşkəs haqqında danışa bilmərəm, amma deyə bilərəm ki, digər tərəfdə aktiv və maraqlı iştirakçı var”, – Tezadlar.az xəbər verir ki, o, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran tərəfi “razılaşma əldə etmək istərdi”.

Tramp həmçinin əlavə edib ki, Vaşinqton Tehranın vicdanla hərəkət etdiyinə inanır.

“Biz inanırıq ki, onlar vicdanla hərəkət edirlər. Görəcəyik”, – deyə o vurğulayıb.

Daha əvvəl Tramp İranın ABŞ-ın təklifinə cavabının əhəmiyyətli, lakin qeyri-kafi olduğunu bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!