Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bütün gecə İranın əsas hədəfləri ABŞ və İsrail qüvvələri tərəfindən məhv edilib. ABŞ Prezidenti Donald Tramp isə bu məqamda İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini, eləcə də polis əməkdaşlarını silahı yerə qoymağa çağırıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında belə yazıb: “Bir daha SEPAH-ı, İran hərbçilərini və polisi silahı yerə qoymağa və tam toxunulmazlıq əldə etməyə çağırıram. Əks halda, onları qaçılmaz ölüm gözləyir”.
ABŞ Prezidenti döyüş əməliyyatlarının məqsədə çatana qədər davam edəcəyini də vurğulayıb. Bu isə o deməkdir ki, əgər İran təslim olaraq daha ciddi dağıntılara məruz qalmaması, eləcə də xalqın qəzəbli etirazlara qalxalaraq hakimiyyəti devirməsinə, ölkədə xaos yaranana kimi ABŞ-la danışıqlara başlasa, hərbi əməliyyatlar dərhal dayandırıla bilər.
A.Məmmədli