Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ- İran danışıqlarına hazırlıqların aparıldığı bir vaxtda Tramp administrasiyası gözlənilməz qərar imzakayıb. Tezadlar.az CNN- ə istinadla bildirir ki, Tramp ABŞ vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb. Mənbə bildirib ki, bu, hərbi əməliyyatın aparılmasına hesablanmış kimi görünür. Eyni zamanda bu xəbərdarlıq artan iğtişaşlar, rabitə məhdudiyyətlər və digər risqlərlə bağlıdır. ABŞ-nin İrandakı virtual səfirliyi vətəndaşlara müstəqil təxliyə planları hazırlamağı tövsiyə edib və əlavə olunub ki, hökumət bu şəraitdə yalnız məhdud dəstək göstərə bilər.
Xatırladaq ki, iki gün əvvəl İran PUA- sı ABŞ- ın hərbi gəmisinə yaxınlaşıb, müşahidələr aparıb, lakin dərhal da zərərsizləşdirilib. Tramp bundan narahatlığını da gizlətməmişdi. Çünki PUA kəşfiyyat məlumatlarını artıq geriyə ötürmüşdü…
A.Məmmədli