5 Aprel 2026 / 18:28

Trampdan İrana xəbərdarlıq: Hörmüz boğazını açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız

ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmalı olduğunu bildirərək, “Boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız” deyib.

Tezadlar.az xəbər verir ki, Tramp sosial media hesabında Hörmüz boğazının bağlanması ilə bağlı paylaşım edib.

7 aprelin İranda “Enerji Stansiyası və Körpü Günü” olacağını bildirən Tramp, “Boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız” xəbərdarlığını edib.

Tramp həmçinin “Allaha həmd olsun” ifadəsini işlədib.

Digər tərəfdən, Tramp başqa bir paylaşımda İranda vurulan qırıcı təyyarənin yaralı F-15 heyətinin əməliyyat zamanı “İran dağlarının dərinliklərindən” xilas edildiyini bildirib.

“Bu cür reydlərə nadir hallarda cəhd edilir, çünki həm personal, həm də avadanlıq üçün böyük təhlükə var. Belə bir əməliyyat adətən baş vermir”, – Tramp deyib.

Tramp ikinci reydin birincidən sonra baş verdiyini bildirib və əməliyyatların 7 saat davam etdiyini qeyd edib.

Tramp həmçinin sabah Ağ Evdəki Oval Ofisdə hərbi rəsmilərlə mətbuat konfransı keçirəcəyini açıqlayıb.

Qırıcı təyyarənin vurulması

İran İnqilab Keşikçiləri Korpusu 3 apreldə İranın mərkəzində hava hücumundan müdafiə sistemlərindən istifadə edərək bir qırıcı təyyarəni vurduğunu açıqlayıb.

ABŞ mediasına danışan rəsmilər təyyarənin vurulmasını təsdiqləyərək, bir heyət üzvünün xilas edildiyini və ikincisi üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər.

“New York Times” qəzetinin xəbərində ikinci ABŞ qırıcı təyyarəsinin Hörmüz boğazı yaxınlığında F-15 ilə demək olar ki, eyni vaxtda vurulduğu bildirilib. Xəbərdə həmin ikinci təyyarənin pilotunun hadisədən sağ çıxdığı bildirilib.

ABŞ prezidenti Donald Tramp 3 apreldə İranda vurulan F-15E qırıcı təyyarəsinin ikinci pilotunu da xilas etdiklərini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!