21 Oktyabr 2025 / 19:51

“Transfermarkt” ən bahalı futbolçuları açıqladı

“Transfermarkt” dünyanın ən bahalı futbolçularının simvolik komandasını açıqlayıb.

Tezadlar.az bildirir ki, “Barselona”nın və İspaniya millisinin 18 yaşlı yarımmüdafiəçi Lamin Yamal 200 milyon avro dəyərində komandanın ən bahalı oyunçusu olub.

Qapıçı: Lyuka Şevalye (PSJ, 40 milyon avro).

Müdafiəçilər: Pau Kubarsi (“Barselona”, 80 milyon avro), Alessandro Bastoni (“İnter”, 80 milyon avro), Vilyam Saliba (“Arsenal”, 80 milyon avro).

Yarımmüdafiəçilər: Camal Musiala (“Bavariya”, 140 milyon), Pedri (“Barselona”, 140 milyon), Cud Bellinqem (“Real”, 180 milyon avro), Lamin Yamal (“Barselona”, 200 milyon avro).

Hücumçular: Kilian Mbappe (“Real”, 180 milyon avro), Erlinq Haaland (“Mançester Siti”, 180 milyon avro), Vinisius Junior (“Real”, 150 milyon avro).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!