3 Oktyabr 2025 / 20:07

“Turan Tovuz” rəsmisi şəxsi işlərinə görə klubdan getdi

“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevin vəzifəsindən ayrılmasının səbəbi müəyyənləşib.

Bu barədə “Təzadla”a komandanın sabiq rəsmisinin özü məlumat verib.

O, bunu şəxsi işlərinin çoxluğu ilə əlaqələndirib:

“Öz işlərim var, onlarla məşğulam, tam fərqli sahədir. Artıq bir aydan çoxdur ki, “Turan Tovuz”da çalışmıram. Tovuz mənim üçün uzaqdır, gedib-gəlmək çətindir. Yol adamı yorur”.

Qeyd edək ki, Əli Balakişiyev 2023-cü ildən bu vəzifədə çalışırdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!