17 İyul 2025 / 06:38

Turistlərin səhlənkarlığı Laçındakı meşəlik ərazidə yanğına səbəb olub

Bu gecə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın artıq məhdudlaşdırılıb. İlkin məlumata görə, yanğına səbəb Laçına gələn turistlərin odla ehtiyatsız davranması ehtimal edilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib. Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb. Sitat: “Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal olaraq istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir. 10 hektara yaxın ərazini əhatə edən yanğın məhdudlaşdırılıb”.

Yerli turistlərimizin bu cür hərəkətləri təəccüb doğurmaya bilməz. Düşmənin uzun illər işğalda saxladığı və meşələrimizi yandırıb viran qoyması bəs deyilmi?!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!