Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər təşkilatın yeni bayrağını təsdiq ediblər.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə qərar TDT Dövlət Başçılarının Zirvə Görüşünün Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.
“Bu bayraq TDT-nin missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsinin və hərtərəfli əməkdaşlığın əsas simvollarını təcəssüm etdirir”, – deyə bayrağın təsdiq edilməsi barədə bəyanatda deyilir.
Qeyd edək ki, bayraq Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təsdiq edilib.