Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Roza Baqlanova adına Qazaxıstan Dövlət Akademik Konsert Təşkilatında “Kóshpendiler áýeni” II Beynəlxalq Etnik Musiqi Festivalı keçirilib.
Tezadlar.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Festivalın məqsədi – qədim adət-ənənələr, mərasimlər və adətlər vasitəsilə türk mədəniyyətini təbliğ etmək, Avrasiya xalqları arasında humanitar birliyi və qarşılıqlı mənəvi zənginliyi gücləndirməkdir.
Festival ölkələr arasında mədəni mübadilə və yaradıcılıq əlaqələrinin inkişafı, eləcə də gənc xalq ifaçılarının yaradıcılıq yüksəlişi və bədii zövqünün inkişafı üçün platformaya çevrilmək məqsədi daşıyır.
Festivalın ilk günündə Rusiyanın “Namgar” qrupu (Buryatiya), Zakir Duyşenbek (Qırğızıstan), Janibek Piyazov (Özbəkistan) çıxış ediblər.
Qazaxıstanın “Astana sazı” etno-folklor ansamblı, “Joşı” ansamblı, Satzhan Project qrupu, Edil Kusainov, Kazsbek Adikey, Amanjol Nıgmet, Sancay Almşev və Ayxat Kazixan da öz istedadlarını nümayiş etdiriblər.
İkinci gün Arslanbek Sultanbekov (Türkiyə), Zəfər qrupu (Azərbaycan),eləcə də Rusiyadan olan müğənnilər – Erkin Alekseev (Saxa Respublikası) və Azat Bikçurin (Başqırdıstan) parlaq çıxışları ilə yaddaqalan olublar.
Həmçinin “Korkıt” etno-folklor ansamblının, “Türkistan” kamera ansamblının, Edil Kusainovun və Saltanat Yersultanın çıxışları gurultulu alqışlarla qarşılanıb.
Tədbir Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə təşkil olunub.
JASMİN