Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyədə işsizlik səviyyəsi son 11 ilin ən aşağı səviyyəsinə düşüb.
TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Statistika İdarəsi (TÜİK) 2023-cü ilin oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı oktyabr ayında bir əvvəlki aya görə 163 min nəfər azalaraq 2 milyon 961 min nəfərə çatıb.
Belə ki, Türkiyədə işsizlik səviyyəsi 0,5 bənd azalaraq 8,5 faiz təşkil edib. Bu səviyyə 2012-ci ilin noyabrından bəri ən aşağı göstərici kimi qeydə alınıb.