6 Fevral 2023 / 12:28

TÜRKİYƏDƏ ZƏLZƏLƏDƏN ÖLƏNLƏRİN SAYI 1014 OLDU

Türkiyədə zəlzələdə ölənlərin sayı durmadan artır…

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezidentin sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. “Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, – deyə Ərdoğan bildirib. 
Türkiyə mediasl yazır ki, zəlzələdən ölənlərin sayında artım gözlənilir. Axtarış tədbirləri davam edir.
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!