4 Mart 2023 / 04:09

TÜRKİYƏ DÜNYANIN ZƏLZƏLƏYƏ ƏN DAVAMLI ÖLKƏSİ OLACAQ!

“Biz Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə qərarlıyıq”.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, ölkədə Fəlakətlərin İdarə Edilməsi Şurası yaradılacaq. “Tariximizin insan itkisi və dağıntılar baxımından ən ağırı sayılan 6 fevral zəlzələlərini fəlakətlərdə yeni mərhələnin başlanğıcı edəcəyik. Bundan sonra daha tez və praktiki fəaliyyət göstərəcəyimizə şübhə yoxdur. Biz fəlakətləri yaxından izləyəcəyik və tədqiqatlarda birbaşa iştirak edəcəyik”, – Ərdoğan qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!