31 Yanvar 2023 / 12:26

TÜRKİYƏ İSVEÇ VƏ FİNLANDİYANIN NATO-YA ÜZVLÜYÜNƏ RAZILIQ VERMƏKDƏN İMTİNA ETDİ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkə parlamenti “mövcud şərtlərlə” İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyəcək.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir.

“Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO-ya üzvlüyünə “hə” deyə bilmərik… NATO-nun yaradılması ideyası bloka üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinə əsaslanır. Namizədlər Ankaranın bu sahədə mövqeyini nəzərə almalıdırlar”, – deyə nazir bildirib.

Finlandiya və İsveç alyansa qoşulmaq üçün ötən ilin mayında, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra müraciət etmişdilər. Hələlik yalnız iki NATO üzvü olan Türkiyə və Macarıstan ərizələri təsdiqləməkdən imtina edir. Avropada nümayişlər zamanı Quranın nüsxələrinin yandırıldığı son hadisələrə görə Ankara prezident Rəcəb Tayyib Ərdoğanın eyham vurduğu kimi, müsbət qərarı belə təxirə sala bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!