26 Avqust 2023 / 14:01

TÜRKİYƏNİN MİLLİ MÜDAFİƏ NAZİRİ BAKIYA RƏSMİ SƏFƏRƏ GƏLİB

Avqustun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, rəsmi səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!