Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 12:32

Türkiyə və Azərbaycan vətəndaşları işğal altındakı Abxaziyada saxlanılıb

Rusiyanın işğalında olan Abxaziyanın qondarma “Dövlət Təhlükəsizlik Xidməti”nin məlumatına görə, Rusiya ilə birgə keçirilən əməliyyat zamanı Qali rayonunda “sərhədi qanunsuz keçməkdə” şübhəli bilinən Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, saxlanılan Türkiyə vətəndaşları – 1997-ci il təvəllüdlü, İnterpol tərəfindən axtarışda olan Selçuk Gören və 2001-ci il təvəllüdlü Doğan Bersan – qətl və narkotik ittihamları ilə axtarılan şəxslər olduğu bildirilir. Azərbaycan vətəndaşları – 1974-cü il təvəllüdlü Həsən Əzizov və 1990-cı il təvəllüdlü Namaz Təhməzli – 26 mayda tutulublar. Qondarma qurumun iddiasına görə, onlar Gürcüstanda cinayət məsuliyyətindən yayınaraq Abxaziyada gizlənməyə çalışıblar. Faktla bağlı sərhədi qanunsuz keçmə maddəsi ilə iş açılıb.  Gürcüstan XİN və DİN isə hələki rəsmi açıqlama verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!