Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı-Qazax magistralında Türkiyəyə məxsus TIR qəza törədib.
TEZADLAR.AZ Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə dünən saat 16:30 radələrində yolun 312-ci kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
“Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır. Sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir”, – məlumatda vurğulanıb.
Qəza anının görüntülərini təqdim edirik: