Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə azyaşlı faciəvi şəkildə ölüb.
Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Elazığ rayonunun Yürekli qəsəbəsində baş verib.
7 yaşlı Məryəm Doğan babasının tapşırığı ilə eşşəklə su gətirməyə gedib. Yolda heyvan qəfil sürətlə qaçmağa başlayıb. Bu zaman uzunqulağın palanının ipi uşağın boğazına dolanıb və o, sallaq vəziyyətdə 800 metr sürüklənib. Onu görən yaxınları dərhal xəstəxanaya aparıblar.
Lakin görülən tədbirlərə baxmayaraq, 7 yaşlı Məryəmi xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.