Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İŞİD terror təşkilatının qırmızı bülletenlə axtarılan üzvü Türkiyənin Çorum şəhərində saxlanılıb.
“Tezadlar” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
O, yaşadığı ünvana təşkil edilən əməliyyat nəticəsində ələ keçirilib.
Evdə aparılan axtarış zamanı müxtəlif rəqəmsal materiallar və sənədlər ələ keçirilib.
Terrorçunun adı açıqlanmasa da, onun xarici əsilli olduğu qeyd edilib.