4 Fevral 2026 / 11:29

Türkiyədə keçirilən narkotik araşdırması çərçivəsində 6 şübhəlinin testi pozitiv çıxdı, 2 nəfərin isə… (ADLAR)

İstanbulda keçirilən narkotik araşdırması çərçivəsində Ədliyyə Tibb İnstitutunda (ƏTT) qan, saç, sidik və dırnaq nümunələri götürülən altı şübhəlinin narkotik testi müsbət çıxıb.

Tezadlar.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki,  ƏTİ, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində qan, saç, sidik və dırnaq nümunələri götürülən doqquz şübhəli haqqında hesabat hazırlayıb.

Məlumata görə, Melisa Gadiş, Gülşah Rojin Demir, Burcu Esra Büken, Aybike Acer, Sara Ersoy və Berfin Karayılanın narkotik testi müsbət çıxıb.

Yayılan xəbərlərə görə, onların bu narkotiklərin istifadə etdiyi məlum olub:

-Melisa Gadiş – (kannabis- esrar)
-Gülşah Rojin Demir (Kokain)
-Burcu Esra Büken (Kokain ve kannabis)
-Aybike Acer (Kokain ve kannabis)
-Sara Ersoy (Kokain ve kannabis)
-Berfin Karayılan (Kokain).

İstintaq çərçivəsində Aybike Acer, Fatma Ergün, Berfin Karayılan, Burcu Esra Büken, Fatma Genç, Gülşah Rojin Demir, Hatice Kuzu, Melisa Ğadiş, Sara Ersoy və Yasmin Yürük həbs olunaraq həbsxanaya göndərilib.

Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan Hatice Kuzu və Selin Özgeçicinin narkotik testinin nəticələrinin mənfi çıxdığı bildirilib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!