Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 00:40

Türkiyədə Yekaterinburq hadisələri müzakirə olundu

Türkiyənin “Haber Global” telekanalı Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı eksperlərin iştirakı ilə müzakirələr təşkil edilib.

“Tezadlar.az xəbər verir ki, verilişin qonaqları qismində iştirak edən universitet-müəllim heyəti və siyasi ekspertlər azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər qəti şəkildə pisləyiblər.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Kremlin siyasətinin nəticəsi olan bu hadisələrin hüquqi zəmin olmadan baş verdiyini deyib. Onun sözlərinə görə, baş verənlər təsadüfi sayıla bilməz.

“Putinin (Rusiya Prezidenti Vladimir Putin-red.) xəbəri olmadan hər hansı təhlükəsizlik təşkilatının bunu gerçəkləşdirməsi mümkün deyil. İrandan təxliyə olunan Rusiya vətəndaşlarına Azərbaycan tərəfindən göstərilən dəstək üçün təşəkkürdən az sonra bu hadisələrin yaşanması təəccüb doğurur”, – ekspert vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!