Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli müğənnilərdən Doğuşun Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evliliyini bilirik… Tezadlar.az xatırladır ki, ümumiyyətlə, Azərbaycanlı xanımlarla ailə quran tanınmış türkiyəli məşhurlar arasında iş adamları, sənətçilər və media nümayəndələri çoxluq təşkil edir. Müğənni İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir… Amma ayrıldığı barədə məlumat var…
İndi də Türkiyəli müğənni Rafet El Roman üçüncü dəfə evlənir və özü də bu dəfəki xanımın Azərbaycanlı olduğu deyilir. Elə o özü evlənəcəyi xanımın azərbaycanlı olduğunu deyib. Rafet isə evlənçəyin sayını itirib- boşanır, evlənir… Bu dəfə isə o, artıq 3 aydır nişanlı olduqlarını vurğulayıb. Rafet daha əvvəl 2 dəfə evli olub və 3 övladı var.
Maraqlıdır, niyə Türkiyədən olan az- çox tanınmışlar elə çoxmilyonlu Türkiyədən deyil, Azərbaycandan xanım ovuna çıxırlar? Bu iki ölkə xanımlarının xarakter və davranışında hansı kəskin fərqlər var ki, türkiyəli kişilər bu fərqi daha üstün tuturlar?
Daha bir sual: bəs Azərbaycanlı bəylərdən kimlər türkiyəli xanımlarla evlənib? Belə bir ciddi nümunəyə hələki rast gəlmirik… Bilən varsa, yazsın…
Səbuhi