Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 18:40

Türkiyəli şair və yazıçılar “Təzadlar”ın qonağı oldu- FOTOLAR

Türkiyənin „Güfte“ ədəbiyyat jurnalının təşkilatçılığı ilə Bakıda Yunis Əmrə Institutunda keçirilən konfrans və dinləmələrdə iştirak edən Veli AY (baş redaktor) və  Türkiyənin “Güftə” ədəbiyyat dərgisinin təsisçisi Ayşe AY, eləcə də yazıçı Əli bəy  bu gün “Təzadlar” qəzeti və tezadlar.az portalı kollektivinin qonağı oldu.
Qonaqlar Türkiyə və Azərbaycan ədəbi əlaqələrindən geniş söhbət saldılar, maraqlı müzakirələrimiz oldu.
Xatırladırıq ki, Vəli Ay və Ayşe Ay iki il əvvəl də Bakıda “Təzadlar”ın qonağı olmuşlar.
 “Təzadlar”ın baş redaktoru Asif Mərzili hər üç dəyərli naşir və yazıçıya ötən il yazıb böyük tirajla çap edilmiş, şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yolundan bəhs edən “Sonuncu əmr” romanını hədiyyə etdi. Əsər ötən il Prezident Sərəncamı ilə təsis edilmiş Dövlət Mükafatına təqdim edilmişdir.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!