9 Aprel 2026 / 13:21

Uçan Qala divarlarının son vəziyyəti – FOTOLAR

Xəbər veridyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində uçma qeydə alınıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. “Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb”.

ucan qala

qala ucan

qala ucan

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!