Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik konqresi zamanı Şimal Kommersiya Apellyasiya Məhkəməsinin hakim-spikeri, Ukrayna Hakimlər Assosiasiyasının üzvü Maryna Barsuk çıxış edib.
Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, forumda 92 ölkədən hakimlər iştirak edib.
“Ukrayna bu gün müharibə vəziyyətində olan yeganə Avropa ölkəsidir. Biz artıq dörd ildir ki, tammiqyaslı hərbi təcavüzə müqavimət göstəririk, buna baxmayaraq, biz Avropa məhkəmə cəmiyyətinin bir hissəsi olaraq qalırıq”, – hakim Barsuk bildirib.
Hakim izah edib ki, hətta daimi təhlükə qarşısında belə Ukrayna məhkəmələri öz işini dayandırmır; əksinə, daha da intensiv işləyirlər.
“İşlərin yeni kateqoriyaları ortaya çıxıb: müharibə cinayətləri, həyat və ləyaqət əleyhinə cinayətlər, müharibənin vurduğu fiziki, mənəvi və iqtisadi zərərin ödənilməsi tələbləri. Hakimlərin sayı 10 mindən 5 minə qədər azalsa da, Ukraynanın məhkəmə sistemi güclü olaraq qalır və cəmiyyət qarşısındakı borcunu səmərəli şəkildə yerinə yetirir”, – Barynauk vurğulayıb.
O, həmçinin qeyd edib ki, ukraynalı hakimlər təkcə məhkəmə zallarında deyil, bütün çağırışlara ləyaqətlə cavab verirlər: “Həmkarlarımız Ukrayna Silahlı Qüvvələrində xidmət edir, bəziləri isə gündüzlər ədalət mühakiməsini həyata keçirir, gecələr isə xidmətə çıxıb, şəhərlərimizi terror edənləri ovlayırlar. Ukraynalı hakimlər həm peşəkar, həm də fiziki cəhətdən müdafiə xəttini tuturlar”.
Təqdimat zamanı forum iştirakçılarına Ukrayna Ədliyyə Orqanının Mətbuat Mərkəzi ilə rejissor Vladimir Klyuyevin birgə layihəsi olan “Bizim Arzumuz Var” sənədli filmi nümayiş etdirilib. Film gündüzləri məhkəmələrdə işləyən, gecələr isə şəhərlərini müdafiə edən hakimlərin, kişilərin və qadınların əsl hekayələrindən bəhs edir.
Beynəlxalq Hakimlər Assosiasiyasının Rəyasət Heyəti qeyd edib ki, Ukrayna bu gün ümumi demokratik dəyərləri, ədaləti və insan ləyaqətini müdafiə edərək bütün Avropada ön sıralarda dayanır.
E.ŞİRİNOV