10 Aprel 2026 / 11:40

Ukrayna İran dronlarını, hətta Yaxın Şərq üzərində vurub-İNANILMAZ

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı mütəxəssislərin Yaxın Şərqin bir neçə ölkəsində İranın “Şahed” dronlarını vurduğunu bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, hətta reaktiv mühərrikləri dronlar da vurulub. Zelenski Ukraynanın Yaxın Şərqə hərbi mütəxəssislərini, xüsusən də dronlar və radioelektron mübarizə üzrə ekspertlərini göndərdiyini xatırladıb. Sitat: “Məhv etdikmi? Bəli, məhv etdilər. Bir ölkədə məhv etdikmi? Xeyr, bir neçəsində. Və bu, mənim fikrimcə, uğurdur”, – Zelenski vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, söhbət təlim missiyasından deyil, həqiqətən fəaliyyət göstərə biləcək müasir hava müdafiə sisteminin yaradılmasına dəstəkdən gedir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
zel
Link kopyalandı!