Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Mart 2026 / 12:31

Ukrayna ordusu Bryansk şəhərinə hücum edib-KREMLDƏN QƏZƏBLİ REAKSİYA

Ukrayna ordusu Bryansk şəhərinə hücum edib. Rəsmi Kremldən cavab gəldi: “Rusiya Ukraynanın Bryansk şəhərinə hücumuna cavab verəcək, cavabı isə hərbçilər müəyyən edəcək”.  Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Necə cavab verəcəyimizə bizim hərbçilərimiz qərar verəcək”, – Kreml rəsmisi qeyd edib. O vurğulayıb ki, hərbçilər planlı şəkildə işləyirlər və Kiyevin belə hücumlarının qarşısının alınması üçün “Xüsusi Hərbi Əməliyyat” uğurla başa çatmalıdır.

Qeyd edək ki, regionun qubernatoru Aleksandr Boqomazın məlumatına görə, Ukrayna ordusunun Bryansk şəhərində mikroelektronika zavoduna endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 47 nəfər yaralanıb.

Ukrayna cəbhəsində isə müharibə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!