11 Aprel 2026 / 07:22

Ukrayna ordusu Rusiyanın Xəzərdəki neft platformalarını dağıtdı- TƏCİLİ

Yaxın Şərqdə sakitlik yaranan kimi Ukrayna cəbhəsində vəziyyət dəyişdi. Belə ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Rusiya ordusunu yanacaqla təmin edən iki qazma platformasına raket zərbə endirib. Tezadlar.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Bildirilib ki, aprelin 10-na keçən gecə Ukrayna qüvvələri Xəzər dənizinin şelfində yerləşən obyektlərə hücum ediblər. Zərbələr Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə həyata keçirilib. Hücum nəticəsində “V.Qrayfer” və “Yuri Korçagin” yataqlarında yerləşən buzadavamlı stasionar platformalar vurulub. Qeyd olunub ki, bu obyektlər Rusiyanın “Lukoyl” şirkətinə məxsusdur. Platformaların cəbhə xəttindən təxminən 1 000 km məsafədə, Xəzərin şimal hissəsində yerləşdiyi bildirilib. Onların Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynadığı qeyd olunub.

Qeyd edək ki, Ukrayna hərbi rəhbərliyi bu cür zərbələrin davam etdiriləcəyini açıqlayıb. Artıq Rusiya mediası da bu barədə məlumat yazıb, platformaya zərbə endirilməsini dolayısı ilə təsdiqləyib.

A.Məmmədli

IMG

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!